"Qalatasaray" - "Bavariya": Heyətlərdəki son durum

Bu gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İstanbulda gözlənilir.

"Qalatasaray" - "Bavariya" matçı ərəfəsində hər iki düşərgədə itkilər var. Meydan sahiblərindən Mauro İkardi Okan Burukun sərəncamında olmayacaq. Qonaqlarda isə Qinabri, Qoretzka, Upamekano və Qabriel Maruşiç zədə üzündən oyunu buraxmalı olacaq.

Komandalar indiyədək ümumilikdə 2 dəfə qarşılaşıblar. Bunlardan 1-də Bavariya qalib gəlib (6-0), 1 dəfə isə heç-heçə (1-1) qeydə alınıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45 də başlanacaq.