"Qalatasaray" "Bavariya" qarşısına belə çıxacaq
"Qalatasaray" bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cüturun oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, "Bavariya" ilə qarşılaşacaq istanbulluların heyətində itkilər var.
Söhbət Fernando Muslera və Ndombeledən gedir.
Meydan sahiblərindən isə Buçman, Marusiç və De Lixt zədə üzündən meydana çıxa bilməyəcək.
Rəqiblər indiyədək ümumilikdə 3 dəfə qarşılaşıblar. Bunlardan 2-də "Bavariya" qalib gəlib gəlib. 1 dəfə isə 1-1 hesablı heç-heçə qeydə alınıb.
Bakı vaxtı ilə gecə yarısı başlanacaq oyunu portuqaliyalı hakimlər briqadasından Antonio Nobri idarə edəcək.