“Qalatasaray” belçikalı futbolçuya yeni müqavilə təklif edib
"Qalatasaray" klubu belçikalı ulduz futbolçusuna yeni müqavilə təklif edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" 2 ay sonra müqaviləsi başa çatacaq olan belçikalı ulduz Dris Mertensə 1+1 illik yeni müqavilə təklif edib.
Təcrübəli yarımmüdafiəçi komandada xoşbəxt olduöu üçün razılıq əldə olunub.
Qeyd edək ki, bu mövsüm 40 rəsmi matçda meydana çızan Dris Mertens 7 qol, 8 asistlə yadda qalıb.