“Qalatasaray” Boeyin alternativini Fransadan tapdı

Fransalı sağ cinah müdafiəçisi Saşa Boeyi 30+5 milyon avroya “Bavariya”ya göndərən “Qalatasaray” üçün Fransa mətbuatında bir transfer xəbəri dolaşmaqdadır

Sportline.az "L’equipe"yə istinadla xəbər verir ki, sarı-qırmızılılar “Marsel”də çıxış edən Conatan Klausu heyətinə qatmaq istəyir.

Mənbənin xəbərinə görə, Fransa klubunda istənilən performansı göstərməyən 32 yaşındakı oyunçunun meneceri onu “Qalatasaray”a təklif edib.

"Marsel"in 30 iyun 2025-də müqaviləsi başa çatacaq Klausun transferini asanlaşdıracağı, oyunçunun isə 5-ci günə kimi komandaya qoşulacağı bildirilir.