"Qalatasaray" bugünkü oyuna fərqli heyətlə çıxacaq

Bu gün Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçiriləcək.

Sportline.az xəbər verir ki, "Qalatasaray" rəqib meydanında "İstanbulspor"la qarşılaşacaq.

Fanatik.com.tr-nin yaydığı məlumata görə, "cim-bom"un bugünkü oyun üçün start heyəti məlumdur.

Türkiyəli həmkarlarımızın təxmininə görə. Okan Buruk bu görüşdə Muslera, Abdulkerim Bardakçı, Kaan Ayhan, Anxelinyo, Saşa Boey, Torreyra, Kerem Demirbay, Kerem Aktürkoğlu, Tete, Hakim Ziyeş və İkardidən ibarət start heyətə güvənəcək.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.