"Qalatasaray" "Çelsi"yə elçi düşüb

Türkiyə nəhəngi “Qalatasaray” “Çelsi”klubuna məxsus olan gənc ulduz Konor Qallaxeri heyətinə cəlbə etmək nyyətindədir. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki,  “sarı-qırmızılar” 23 yaşlı müdafiəçinin trnasferində maraqlıdır.

Komandanın baş məşqçisi Okan Buruk qış transfer pəncərəsində futbolçunu sərəncamında görmək istəyir.

Konor Qallaxer 2025-ci ilədək “Çelsi” klubuna məxsus olduğundan “Qalatasaray” futbolçunu icarə əsasında transfer edəcək. 

Qeyd edək ki, Konor Qallaxer karyerası ərzində “Çarlton Atletik” “Suonsi Siti” və “Vest Bromviç Albion” klublarnın şərəfini qoruyub.

O, eyni zamanda İngiltərə millisinində də çıxış edib.