"Qalatasaray" çətin sınaq qarşısında

“Qalatasaray”ın 2 futbolçusu Abdülkerim Bardakçı və Deyvison Sançez zədə üzündən komandanın “Mançester Yunayted”lə görüş öncəsi məşqinə qatılmayıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, komandanın aparıcı futbolçularının durumu azarkeşləri məyus edib. 

Baş məşqçi Okan Buruk isə Abdülkerim Bardakçı və Deyvison Sançezin vəziyyəti ilə bağlı açıqlama verməyib. 

Qeyd edək ki, noyabrın 29-da keçiriləcək “Qalatasaray” “Mançester Yunayted”görüşü  Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.