"Qalatasaray" daha bir ulduzun transferinə hazırlaşır
“Qalatasaray” fransalı ulduz Antuan Qrizman üçün İspaniyanın “Atletiko Madrid” klubuna rəsmi təklif göndərib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhənginin rəsmiləri onun transferi üçün sonadək mübarizə aparacaqlarını bildiriblər.
Antuan Qrizman isə bir neçə ulduzu heyətinə qatan “Qalatasaray”da oyanamağın əleyhinə olmadığını deyib.
Qeyd edək ki, “Qalatasaray”ın bu transferi reallaşdırmaq üçün Dris Mertensi komandadan göndərəcəyi gözlənilir.