"Qalatasaray" əslən Türkiyədən olan futbolçu ilə razılaşıb

"Qalatasaray" klubu Ndombelenin yerinə əslən Türkiyən olan futbolçu ilə razılıq əldə edib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızlar" yarımmüdaiəçi Tanquy Ndombelenin performansından narazı qaldıqları üçün mğvsüm sonunda yolları ayırmaq qərarına gəliblər.

"Qalatasaray" rəsmiləri "Borussiya Dortmund"un əslən Türkiyədən olan almaniyalı futbolçusu Emre Canı heyətinə qatmaq istəyirlər. 30 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılıq əldə olunduğu və keçidin gerçəkləşəcəyi bildirilib.

Qeyd edək ki, "Qalatasaray" klubu Emre Can üçün "Borussiya Dortmund"a 8 milyon avro ödəməli olacaq.