"Qalatasaray" "Fənərbağça"nı qabaqladı
“Fənərbağça”nın uzun müddətdir izlədiyi “Benfika”nın 24 yaşlı futbolçusu Florentino üçün hərəkətə keçən “Qalatsaray” oyunçu ilə şəxsi razılıqa gəlib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, portuqaliyalı futbolçunun hazırki dəyəri 20 milyon avro olsa da “Qalatasaray” rəsmiləri transferin gerçəkləşəcəyini bildiriblər.
Nelsonla yolları ayırmaq istəyən “sarı-qırmızılar” Florentinonun etimadı doğruldacağına inanırlar.
Qeyd edək ki, Florentino bu mövsüm “Benfika” forması ilə 13 oyunda meydana çıxıb.