"Qalatasaray" "Fənərbağça"nın rekordunu yeniləyib

Türkiyə nəhəngi "Qalatasaray" "Fənərbağça"nın 2004-2005-ci ildəki ilk 15 oyunluq rekordunu təzələdi.

Sportline.az Sporx.com.tr-yı istinadla xəbər verir ki, "sarı-qırmızılar" "Adana Demirspor"la görüşdə qələbə qazanraq mövsümün 15-ci həftəsində xallarının sayını 40-a çatdırararaq yeni rekorda imza atıb. 

"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu oyun sonrası açıqlamasında "Biz bu il də çempion olacağıq. Komandanın baş çəşqçisi Okan Burukun tapşırıqlarını düzgün yerinə yetirdiyimiz üçün bu gün 3-1 hesabı ilə qalib gəldik",-deyib.

Qeyd edək ki, "Qalatasaray" 24 oyundur ki, doğma meydanda məğlub olmur.