"Qalatasaray" FİFA-ya şikayət olundu

Olimpu Morutan “Qalatasaray”ı müqavilədə yer alan bəndi yerinə yetirmədiyinə görə FİFA-ya şikayət edib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, rumuniyalı futbolçunun “sarı-qırmızılar”la müqaviləsində Çempionlar Liqasına qatıldıqları təqdirdə Olimpu Morutana 1 milyona avro ödəməli olduğu qeyd edilib.

İstanbul nəhəngi isə bu məbləği ödəməyəcəyini dediyindən futboolçu klubu FİFA-ya şikayət edib.

Qeyd edək ki, Olimpu Morutan bu il “Ankaragücü”nə transfer olunub.