"Qalatasaray" futbolçusunu təklif etdi

"Qalatasaray" futbolçusu Sedrik Bakambu ilə yolları ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, istanbullular afrikalı hücumçunu mövsümün sonunadək "Betis"ə icarəyə vermək niyyətindədirlər.

Bu haqda jurnalist Santi Auna X sosial şəbəkəsində məlumat yayıb.

Futbolçunun özünün də İspaniya çempionatına yollanmaq istəyində olduğu bildirilir.

32 yaşlı forvard bu mövsüm çıxdığı 16 oyunda iki qol, bir asist müəllifidir.