"Qalatasaray" heyətini fransalı futbolçu ilə gücləndirir

Növbəti mövsüm Çempionlar Liqası üçün iddialı heyət qurmaq istəyən "Qalatsasaray" transfer çalışmalarına start verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" ilk olaraq "Nitsa"nın yarımmüdafiəçisi Kepren Türamı tranfser etmək istəyir.

Karyerasına "Monako"da başlayan 23 yaşlı futbolçu 2019-cu ildə "Nitsa"ya keçib.

Türam bu mövsüm Fransa klubu ilə çıxdığı 27 oyunda 1 qol vurub, 1 asist edib.

Qeyd edək ki, "Nitsa" ilə 2025-c ilə qədər müqaviləsi olan Türamın hazırki transfer dəyəri 35 milyon avriodur.