"Qalatasaray" İsveçrədən məğlub dönür
"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə İsveçrənin "Yanq Boys"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, "Stad de Syuiss"də keçirilən oyun İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Sarı-qırmızılar"ın heyətində Mişi Batşuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boys"un cavab görüşü avqustun 27-də İstanbulda olacaq.