"Qalatasaray" klubu konqolu müdafiəçi ilə yolları ayırıb

"Qalatasaray" klubunun konqolu müdafiəçisi Kristian Luyindama komandadan ayrılıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı xitam verilib.

"Sarı-qırmızlar"ın rəsmi saytında Luyindama ilə yolların ayrıldığını  və futolçuya gələcək karyerasında uğurlar arzu etdikərini bildiriblər.

Qeyd edək ki, Kristian Luyndama karyerası ərzində 181 oyuna çıxıb 13 qol, 5 asistlə yadda qalıb.