"Qalatasaray" - "Kopenhagen": Təxmini heyətlər açıqlandı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Maraqlı görüşlərdən birində “Qalatasaray” "Kopenhagen"i qəbul edəcək.

Sporltine.az Haberler.com-a istinadla xəbər verir ki, İstanbul nəhəngininin heyətində zədəli və cəzalı oyunçu yoxdur.

Baş məşqçi Okan Burukun mətbuat konfransında açıqladığı təxmini "ilk 11-lik"də isə Muslera, Saşa Boey, Nelson, Abdülkərim Bardakçı, Anxelinyo, Kərəm Demirbay, Toreyra, Mertens, Hakim Ziyeş, Kərəm Aktürkoğlu və Mauro İkardi yer alacaq.

Rəqib komandanın heyətində Babakar, Boilsen, Kornelyus və Koçolova zədəli olduğundan matçı buraxmalı olacaq. 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:45 də başlanacaq görüşü bolqarıstanlı hakimlər briqadasından Georgi Kabakov  idarə edəcək.