"Qalatasaray" lider oldu
Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış oyun keçirilib.
Sportline.az xəbər verir ki, "Qalatasaray" səfərdə "İstanbulspor"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"İstanbulspor" - "Qalatasaray" - 0:1
Qol: İkardi, 42
"Qalatasaray" 6 turdan sonra 16 xalla (6 oyun) liderdir. "İstanbulspor" isə 2 xalla (5 oyun) 19-cu pillədə qərarlaşıb. "Fənərbaxça" 15 xalla (5 oyun) 2-ci, "Rizespor" 11 xalla (6 oyun) 3-cüdür.