"Qalatasaray" "Mançester Yunayted" qarşısına belə çıxacaq
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin daha 8 oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, 5-ci turun maraqlı görüşlərindən biri "Qalatasaray"la "Mançetser Yunayted" arasında olacaq.
Doğma meydanda 2-3 hesabı ilə məğlub olan Erik Ten Haqın komandası meydana revanş hissi ilə çıxacaq. İstanbullular isə "Old Trafford"dakı qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaq.
Hər iki komandanın heyətində itkilər var.
Meydan sahiblərindən Deyvison Sançez zədə üzündən oyunu buraxmalı olacaq. Abdülkerim Bardakçının oynayıb - oynamayacağı sual altındadır.
Qonaqlardan isə Kazemiro, Diallo, Eriksen, Coni Evans, Malasiya, Martinez, Meyson Mount zədəli ,Reşford isə cəza üzündən Erik Ten Haqın ixtiyarında olmayacaq.
Oyunun start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.