"Qalatasaray" millinin 3 üzvünə elçi düşüb
Bu mövsüm səs-küylü transferlərə imza atan "Qalatasaray" bununla kifayətlənmək niyyətində deyil.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İkardi, Zaha, Tete, Ziyeş, Sançes, Ndombele kimi futbolçularla güclənən istanbullular milli komandanın 3 üzvü ilə maraqlanırlar.
Söhbət "Roma"nın formasını geyinən Zeki Çelik, "Vest Bromviç"də oynayan Okay Yokuşlu və "Başakşəhər"də çıxış edən Berkay Özcandan gedir.
Klub rəhbərliyinin hər 3 futbolçunun transferi ilə bağlı hərəkətə keçdiyi bildirilir.