"Qalatasaray" Misir klubunun futbolçusu ilə maraqlanır
"Qalatasaray" Afrikanın ən istedadlı müdafiəçilərindən olan Mohamed Abdelmonemi heyətinə qatmaq istəyir.
Sportline.az "Foot Mercado"ya istinadla xəbər verir ki, "Cim-bom" yayda 25 yaşlı futbolçu üçün klubu "Əl Əhli"yə rəsmi təklif göndərəcək.
Xəbərdə "Qalatasaray"la yanaşı "Monako"nun da misirli futbolçunun keçidində maraqlı olduğu deyilir.
"Əl Əhli" ilə 2025-ci ilə qədər müqaviləsi olan futbolçu bu mövsüm çıxdığı 31 oyunda 1 qol vurub.
Qeyd edək ki, Mohamed Abdelmonem 2021-ci ildən Misir millisinin üzvüdür.