"Qalatasaray" müdafiə xəttini gücləndirmək niyyətindədir
"Qalatasaray" klubu müdafiə xətti üçün "Roma"nın futbolçusu ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Saşa Boey və Anxelinyonun ayrılmasının ardından boş qalan cinah müdafiəsi üçün axtarışla başlayan "sarı-qırmızılar" "Roma" klubunun türkiyəli futbolçusunu transfer etmək istəyirlər.
İtaliya klubund çıxış edən Zeki Çelik üçün təklif göndərməyə hazırlaşan "Qalatasaray" rəsmiləri qış transferinin bağlanmasına 3 gün qaldığı üçün keçidi ən qısa müddətdə həll etməyə çalışacağlarını bildiriblər.
Qeyd edək ki, bu mövsüm "Roma" forması ilə çıxdığı 15 oyunda 2 asistlə yadda qalıb.