"Qalatasaray" Muslera ilə bağlı qərar verdi
“Qalatasaray” uruqvaylı qolkiper Fernando Musleranın komandada qalması ilə bağlı yekun qərara gəlib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi 36 yaşlı təcrübli qapıçı ilə 1+1 illik müqavilə imzalayıb.
Fernando Muslera “Qalatasaray”da qalmaq istədiyindən müqavilənin müddəti uzadılıb.
Qeyd edək ki, Fernando Musleranın müqaviləsinin müddəti 2024-cü ilin yanvarınadək idi.