"Qalatasaray" Okan Burukla yeni müqavilə imzalayacaq
"Qalatasaray" ardıcıl 2 mövsüm çempionluq yaşadığı Okan Burukla yola davam edəcək.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illik yeni müqavilə imzalanacağı gözlənilir.
"Sarı-qırmızılılar" Okan Burukun rəhbərliyi altında çıxdığı 74 oyunda 61 qələbə, 7 bərabərlik, 6 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, 50 yaşlı çalışdırıcı 2019/2020 mövsümündə "Başakşehir" ilə Super Liqanın qalibi olub.