"Qalatasaray" polşalı futbolçunu hədəfləyib

"Qalatasaray" qış transfer dönəmində heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi bu məqsədlə Polşaya üz tutacaq.

Anhelinyo və Kazımcanın oyunundan narazı qalan baş məşqçi Okan Buruk sol cinaha daha keyfiyyətli futbolçu istəyib.

Klubun skautları axtardıqlarını Polşada tapıblar.

Söhbət "Yaqelloniya"nın 23 yaşlı oyunçusu Vdovik Bartolomeydən gedir.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsümdə meydana çıxdığı 14 görüşdə 8 qol, 2 asistlə yadda qalıb.