"Qalatasaray" portuqaliyalının transferini rəsmləşdirmək üzrədir
Türkiyədə 2023/2024 mövsümünün çempionu "Qalatasaray" "Benfika"nın futbolçusu Rafa Silvaya rəsmi təklif göndərdiyi iddia edilir.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Türkiyə klubu 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib.
"Benfika" ilə müqaviləsi mövsümün sonu başa çatan Rafa Silva ilə Saudiyyə Ərəbistanı klublarının da maraqlanandığı bildirilir.
Qeyd edək ki, "Benfika"da karyerasının ən uğurlu mövsümlərindən birini geridə qoyan Rafa Silva bütün yarışlar daxil olmaqla çıxdığı 52 matçda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.