"Qalatasaray" qapıçısı ilə bağlı yekun qərarını açıqladı

"Qalatasaray" klubu qapçısı ilə bağlı yekun qərarını açıqlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə nəhəngi qolkiperi ilə müqaviləni uzatmaq qərarına gəlib. 

Komanda rəsmiləri Fernando Muslerının əvəzinə başqa qapıçı axtarışında olmadıqlarını və karyerasının sonunadək uruqvaylı qolkiperlə davam etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Fernando Musleras 2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.