“Qalatasaray” rəhbərliyi Viktor Nelssonun hərəkətlərindən bezib

Viktor Nelsson uzun müddətdir əsas heyətdə çıxış etmədiyi üçün qəzəblənib. "Qalatasaray" rəsmiləri isə futbolçunu satışa çıxardığını rəsmən açıqlayıblar.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızlar" Viktor Nelsson üçün 10 milyon avro təklif edəcək ilk klubla razılıq əldə olunacağını bildiriblər.

Danimarkalı 25 yaşlı futbolçu yanvar ayında klubdan ayrılmaq istədiyini bildirib. O, açıqlamasında "Qalatasaray"ı sevirəm amma, əsas heyətdə yerim yoxdursa burada qalmaq istəmirəm",-deyib.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ildə "Kopenhaqen" klubundan 9,5 milyon avroya transfer etmişdi.