"Qalatasaray" sabiq "Fənərbağça"lını heyətə qatmaq istəyir

“Qalatasaray” “Fənərbağça”nın keçmiş futbolçusu Berişanı transfer etmək qərarına gəlib. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, futbolçu hazırki klubu “Hoffenhaym”da ilk 11 də meydana çıxmamasından narazıdır.

Bu fürsətdən yararlanan “Sarı qırmızlar” yaşıl meydanlara dönmək istəyən 25 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna təklif göndərib.

Qeyd edək ki, Merqim Berişa bu mövsüm “Hoffenhaym” forması ilə cəmi 7 oyunda meydanda olub.