"Qalatasaray" sabiq ulduzunu geri qaytarmağı planlaşdırır

Serxio Oliveyra ilə yolları ayrmağı planlaşdıran "Qalatasaray" onu sabiq futbolçusu ilə əvəzləmək niyyətindədir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi hazırda "Vulverhempton"da forma geyinən Mario Leminanın xidmətində maraqlıdırlar.

Baş məşqçi Okan Buruk 2019-2020 mövsümündə "Qalatasaray"ın şərəfini qoruyan futbolçunu sərəncamında görmək istəyir.

30 yaşlı qabonlu futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilədəkdir.