"Qalatasaray" sponsoru ilə yeni müqavilə imzalayacaq

"Qalatasaray" klubu sponsoru ilə uzun müddətli müqavilə imzalayacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə nəhəngi "Bilyoner"lə gələn həftə imza atma mərasimi keçiriəcək.

"Bilyoner" rəsmilərindən Sencer Kutluğ formanın sol qolunda loqonun olacağını bildirib.

Qeyd edək ki, "Bilyoner" uzun müddətdir ki, "Qalatasaray"ın sponsorlarından biridir.