“Qalatasaray” “Stok Siti”nin təklifini geri çevirib
"Qalatasaray" "Stok Siti"nin 7,5 milyon avroluq təklifini geri çevirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Vestelroy" klubunda icarə əsasında çıxış edən Emin Bayram üçün 7,5 milyon avro təklif edib.
Okan Buruk Belçika klubunda 18 matça çıxan futbolçunun "Qalatasaray"dan ayrılmasına icazə verməyib.
Qeyd edək ki, 21 yaşlı müdafiəçi Emin Bayramın gələn mövsüm "Qalatasaray"a qayıdacağı bildirilib.