"Qalatasaray" Tete ilə razılaşdı
"Qalatasaray" daha bir Tete ilə razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, cinah müdafiəsindəki problemləri həll edə bilməyən "sarı-qırmızlar" mövsüm sonunda "Fulhem"də forma geyinən futbolçu Kenni Teteni heyətinə qatacaq.
"Qalatasaray" klubu icarə əsasında transfer etdiyi Serci Aurierin əvəzinə niderlandlı müdafiəçini transfer etmək istəyir.
Qeyd edək ki, Kenni Tete bu mövsüm "Fulhem" forması ilə çıxdığı 15 oyunda 1 qolla yadda qalıb.