"Qalatasaray" "transfer bomba"sına hazırlaşır
Çempionluğu demək olar ki, təmin edən "Qalatasaray" gələn mövsümün də hazırlığını unutmur.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi heyətdə islahatların planını cəzmaqdadır.
Türkiyə mətbuatının yaydğı xəbərlərə görə, Davinson Sançes, Abdulkərim Bardakçı və Viktor Nelssonun satışından yaxşı gəlir qazanmaq niyyətində olan klub rəhbərliyi bunu havaya sovurmamağı düşünür.
"Qalatasaray" mümkün gəliri ulduz futbolçu transferinə yönəlmək niyyətindədir.
Həmin futbolçunun David Alaba olduğu bildirilir.
"Qalatasaray" rəhbərliyinin "Real"ın avstriyalı müdafiəçisi üçün lazımı məbləği ödəməyə hazır olduğu deyilir.
Qeyd edək ki, çarpaz bağlarındakı zədə səbəbindən uğursuz mövsüm keçirən Alaba bu yay yaşıl meydanlara dönəcək.