"Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir
"Qalatasaray" türkiyəli utbolçu Yusuf Yazıcının transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Lill"də çıxış edən 26 yaşlı yarımmüdafiəçinin transferi üçün Ərdən Timurun Fransaya getdiyi bildirilib.
"Qalatasaray" rəsmiləri futbolçunun keçidi üçün lazım olan məbləği ödəməyə hazır oldqlarını bidliriblər.
Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm çıxdığı 26 oyunda 9 qol, 3 asistlə yadda qalıb.