"Qalatasaray" ulduz futbolçuyla bağlı son qərarını verdi

İstanbul nəhəngi "Qalatasaray" Mauro İkardiyə gələn transferləri geri çevirib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızlar" argentinalı futbolçunun satılmadığını bildiriblər.

Mauro İkardi də Avropa klublarından gələn kosmik təklifləri geri çevirib və "Qalatasaray"da xoşbəxt olduğunu deyib.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə  çıxdığı 23 oyunda 16 qol 5 asistlə yadda qalıb.