"Qalatasaray" ulduz futbolçu ilə razılaşıb

İstanbul nəhəngi "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Marselo Brozoviçi komandasında görmək istədiyini deyib. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla əbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçunu yalnız icarə əsasında "Qalatasaray"a verə biləcəyini deyib.

"Sarı-qırmızlar"ın rəhbərliyi futbolçu üçün illik 2 milyon avro ödəməyə hazır olduğunu bildiriblər.

Qeyd edək ki, Marselo Brozoviç bu mövsüm "İnter"dən "Əl-Nəsr" klubuna transfer olunmuşdu.