"Qalatasaray" ulduz futbolçu üçün təklif göndərəcək

"Qalatasaray" klubu ulduz futbolçu üçün "Roma" klubuna təklif göndərəcək. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar" Paulo Dibala üçün taliya klubu ilə danışıqlara başlayacaqlar. 

"Qalatasaray" rəsmiləri mövsüm sonunda argentinalı ulduz futbolçunu heyətinə qatmaqda qərarlı olsalar da "Roma" klubu Paulo Dibalanın satılmadığını bildirib. 

Qeyd edək ki, "Qalatasaray" Paulo Dibalanın keçidinin alınmayacağı təqdirdə Daiçi Kamada ilə danışıqlara başlayacaq.