"Qalatasaray" və "Fənərbağça" 4 milyon dollar ödəyəcək

"Qalatasaray" və "Fənərbağça" TFF-yə 4 milyon dollar ödəyəcək .

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, Super Kubok matçı üçün hər komandaya ödənən 4 milyon dollar geri alınacaq. Türkiyə nəhəngləri ümumilikdə 123 milyon türk lirəsi ödəməli olacaq.

Türkiyə Futbol Federassiyası Super Kubok görüşünün ən qısa müddət ərzində gerçəkləşməsi üçün hərəkətə keçəcəyini bildirib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan görüş Mustafa Kamal Atatürkün posterinə icazə verilmədiyi üçün təxirə salınmışdı.