"Qalatasaray" Viktor Nelssonla bağlı qərarını verdi
Superliqa çempionluğunu qazanan "Qalatasaray"da Viktor Nelsson bu mövsüm göstərdiyi performansla diqqət çəkən adlardan biri oldu.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Qalatasaray" Avropadan talibləri olan danimarkalı müdafiəçi ilə bağlı qərarını verib.
"Qalatasaray" Nelsson üçün 20 milyon avrodan artıq təklif alacağı təqdirdə oyunçunu satmağa hazırdır.
25 yaşlı futbolçu bu mövsüm "Qalatasaray" forması ilə 46 oyuna çıxıb. Müdafiədə inamlı oyun sərgiləyən Nelsson bu görüşlərdə 1 qol vurub.