"Qalatasaray" yarımmüdafiə xətti üçün axtarışlara başlayıb

"Qalatasaray" klubu yarımmüdafiə xəttini gücləndirmək üçün ulduz futbolçuların transferində maraqlıdır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" 3 futbolçu üçün təklif göndərməyə hazırlanırlar. Türkiyə mediasında yer alan xəbərlərə görə Türkiyə nəhəngi Daiçi Kamada, Lo Celsu və Erikseni heyətinə qatmaq istəyir. 

"Qaltasaray" rəsmiləri 3 futbolçudan birini heyətinə qatmaq üçün lazım olan hər şeyi edəcəklərini bildiriblər. 

Qeyd edək ki, "Mançester Yunayted" klubu Eriksenin satışına icazə versə də "Qalatasaray" tələb olunan məbləği ödəyə bilməmişdi.