"Qalatasaray" yeni qapıçı axtarışına başlayıb
"Qalatasaray" komandadan ayrılmaq istəyən Fernando Musleranın əvəzinə yeni qapıçı axtarışlarına başlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, uruqvaylı əlcək ustası Fernando Muslera bu yaz komandadan ayrılacağını və ölkəsinə qayıdacağını bildirdikdən sonra "sarı-qırmızılar" qolkiper mövqeyi üçün axtarışlara başlayıb.
İstanbul nəhəngi "Atalanata"nın 29 yaşlı argentianlı qolkiperi Xuan Musso ilə maraqlanır.
Qeyd edək ki, "Qalatasaray" klubu təcrübəli qolkiperi icarə əsasında transfer etmək niyyətindədir.