"Qalatasaray" yeni qapıçı axtarışındadır
"Qalatasaray" bu yay yeni qapıçı transfer edəcək.
Sportline.az "HT Spor"a istinadən xəbər verir ki, "Əl-Hilal"ın mərakeşli kiperi Yassin Bono "Qalatasaray"ın 1 nömrəli hədəfidir.
34 yaşlı futbolçunun transfer qiyməti 7 milyon avrodur.
Qeyd edək ki, Bono "Qalatasaray"da çıxış etməyə müsbət yanaşır.