“Qalatasaray” “Zenit”ə yox dedi

“Qalatasaray” Tetenin “Zenit” keçidinə razılıq verməyib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Sankt-Peterburq klubu Türkiyə tərəfinin maliyyə şərtlərini yerinə yetirməsə, ”Qalatasaray” sağ cinah hücumcusunu “Zenit”ə satmayacaq.

Mənbənin xəbərinə görə, piterlilər futbolçu üçün 10 milyon avro ödədikləri təqdirdə onu ala biləcəklər.

2023-cü ilin avqustunda Donetsk “Şaxtyor”undan “Qalatasaray”a transfer olunan oyunçunun klubla 2027-ci ilin iyun ayına qədər müqaviləsi var.

Cari mövsüm “Qalatasaray”ın heyətində 19 oyuna çıxan Tetenin aktivində 2 məhsuldar ötürmə var.

Transfermarkt portalına görə oyunçunun transfer dəyəri 20 milyon avrodur.