"Qalatasaray"da ayrılıq gözlənilir
"Qalatasaray" klubunda ayrılıq sədaları eşidilməkdədir.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, Hakim Ziyeşin komandanı tərk edəcəyi gözlənilir.
Mərakeşli yarımmüdafiəçinin getmək istədiyi klubun adı da açıqlanıb.
Onun menecerinin sözlərinə görə, Ziyeş Afrika millətlər kuboku yarışındadn sonra sabiq komandası "Çelsi"yə qayıtmağı planlaşdırır.
Xatırladaq ki, Hakim Ziyeş mövsümün əvvəlində London təmsilçisindən transfer olunmuşdu.