"Qalatasaray"da ayrılıq rəsmiləşdi

Yeni mövsümdə “Qalatasaray”ın heyətində meydana çıxa bilməyən Viktor Nelsson klubdan ayrılır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 25 yaşlı müdafiəçi daha öncə klub rəhbərliyi ilə razılıq üçün masa arxasına əyləşmişdi. 

“Qalatasaray” klubu futbolçunun komandada qalmasını istəsə də futbolçu ehtiyatda oturmaq istəmədiyini və adı çəkilməyən klubla razılıq əldə etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə nəhənglərindən “Arsenal”, “Tottenhem”, “Çelsi” və “Liverpul” danimarkalı futbolçunu heyətinə qatmaqda maraqlı olsa da “sarı-qırmızılar” futbolçunu komanda da saxlamaq qərarına gəlmişdi.