"Qalatasaray"da daha bir ayrılıq

"Qalatasaray" fransalı futbolçu Leo Dübua ilə yolları ayırmağa hazırlaşır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu yaxın günlərdə İstanbul nəhəngi ilə vidalaşacaq.

Gələn həftənin əvvəlində məsələyə tam aydınlıq gətiriləcəyi gözlənilir.

Dübua ilə Türkiyə Super Liqası və Qətər klublarının maraqlandığı bildirilir.