"Qalatasaray"da daha iki ayrılıq

“Qalatasaray” Frederik Midşödən sonra Leo Düboa və Kristian Luyindamanı komandadan göndərmək istəyir. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtanbul nəhəngi sözü gedən futbolçuları yeni mövsümdə klubda saxlamaq istəmir. 

“Qalatasaray” rəhbərliyi futbolçulara yeni komanda tapmaları tapşırığını verib və transfer təklifi gəldiyi halda razılıq vercəklərini bildirib. 

Qeyd edək ki, “sarı qırmızılar” heyətdəki 16 legionerin sayını 14-də endirmək üçün bu addımı atmaq məcburiyətində qalıblar.