"Qalatasaray"da dörd ayrılıq

“Qalatasaray” qış transfer pəncərəsində daha 4 futbolçu ilə yolları ayırmaq niyyətindədir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi bu mövsüm komandaya icarə əsasında cəlb olunan Ndombelenin performansından razı qalmayıb.

Ondan başqa Oliviyera, Anxelinyo və Nelssonun komandadan göndəriləcəyi bildirilir.

Qeyd edək ki, “Qalatasaray” futbolçularla yollarını ayırdıqdan sonra “Reyncers” klubunun gənc futbolçusu Rıdvan Yılmazı transfer edəcək.