"Qalatasaray"da İkardi təşvişi
"Qalatasaray" Türkiyə Super Liqasının 19-cu turunda "Konyaspor"la oyunun hazırlığına başlayıb.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi bu gün klubun bazasında bir araya gəlib.
Mənbənin bildirdiyinə görə, "Qalatasaray" fanatlarının sevimlisi İkardi bugünkü məşqdə komandaya qoşulmayıb.
Argentinalı ulduz fərdi hazırlıqla kifayətlənib.
Onun yüngül zədəsi olduğu bildirilir.
İkardinin yanvarın 7-də "Konyaspor"la oyunda meydanda olub-olmayacağı sual altındadır.